Qəbiristanlığın yolunu ləğv edib məzar yeri kimi satdılar - VİDEO

Abşeron rayonunun Novxanı kənd qəbiristanlığında avtomobillərin hərəkəti üçün nəzərdə tutulan torpaq yolun sökülərək məzar yeri kimi satıldığı iddia olunur.
Əməkdaşlarımız bu gün həmin ərazidə çəkiliş aparıb, məsələnin doğru olub- olmadığını araşdırıblar. Çəkiliş zamanı aydın oldu ki, həqiqətən də qəbiristanlığın içərisindəki yolda məzar yerləri qazılır. Kənd sakinləri iddia edirlər ki, artıq qəbiristanlıqda boş yer qalmadığı üçün bələdiyyə maşın yolunu satır. Sakinlər onu da deyirlər ki, maşınların hərəkəti üçün nəzərdə tutulan yolu yeni məzar yeri kimi düzəldib satdıqdan sonra qəbirlər arasında məsafə qısalıb. Hərəkət etmək üçün heç 50 sm-lik belə yer yoxdur.
Məsələ ilə bağlı Novxanı bələdiyəsinin sədri Şahin Tağıyev bildirib ki, sakinlərin şikayəti əsasında hüquq - mühafizə orqanlarına müraciət olunub. Hazırda yolu kimin zəbt etdiyi barədə araşdırma apatılır.
Daha ətraflı videomaterialda.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












