“Qədim poçt marşrutları” mövzusunda poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Avropa” proqramı üzrə yeni poçt markaları hazırlanıb.
Bu barədə Avtosfer.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Proqramın builki mövzusu “Qədim poçt marşrutları” adlanır. Üç fərqli dizaynda olan markaların üzərində qasid, həmçinin Azərbaycanın orta əsr poçt marşrutları təsvir edilib.
Qeyd edək ki, qasid xidməti 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılıb və bununla da Azərbaycanda dövlət səviyyəsində poçt rabitəsinin əsası qoyulub.
“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar 1 suvenir vərəq, hər biri 12 markadan ibarət 2 kiçik vərəq və 8 markadan ibarət buklet formasında hazırlanıb. Markalar Fransanın “Cartor Security Printing CSP” mətbəəsində çap olunub. Eyni zamanda, 400 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.
Məlumat üçün bildirək ki, “Avropa” (Europa) markaları – poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyasına (PostEurop) üzv ölkələr tərəfindən ümumi mövzuda hər il birgə buraxılış kimi hazırlanan poçt markalarıdır. “Avropa” markaları kolleksiyasının toplanması dünya filateliyasının ən geniş yayılmış istiqamətlərindən biridir. Azərbaycanda bu proqram üzrə ilk markalar 1998-ci ildə “Novruz bayramı” mövzusuna həsr edilib.
Bununla yanaşı, “PostEurop” öz saytında 2020-ci il üçün “Europa” mövzusunda hazırlanmış poçt markalarının dizaynı üçün səsvermə təşkil edib. Mayın 9-da başlanmış səsvermə 9 sentyabr tarixində yekunlaşacaq. Bu linkə (https://www.posteurop.org/europa2020) daxil olmaqla səsvermədə iştirak mümkündür.

Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...










