Qəza zamanı zərərin qiymətləndirilməsi prosesində şəffaflıq olmalıdır – AÇIQLAMA

Apardığımız müşahidələr və daxil olan müraciətlər əsasında şahidi olduğumuz proseslər onu deməyə əsas verir ki, qəzadan sonrakı mərhələdə aparılan zərərlərin qiymətləndirilməsi prosesində yaranan narazılıqlar əsasən avtonəqliyyat vasitəsi sahiblərinin gözləntisi ilə reallığın üst-üstə düşməməsi nəticəsində meydana gəlir. Bu da əksər hallarda avtonəqliyyat vasitəsi sahiblərinin sığorta qaydalarından məlumatsızlığından qaynaqlanır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərtac"a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev deyib.
“Təəssüf ki, bir çox hallarda sığortaolunanlar sığorta müqavilələrini və ya sığorta şəhadətnamələrini oxumadan, qaydalar və şərtlərlə yaxından tanış olmadan imzalayırlar. Bu da hadisə baş verəndən sonra həyata keçirilən qiymətləndirmə prosesində tərəflər arasında fikir ayrılıqlarına, çox hallarda əsassız narazılıqlara və mübahisələrə səbəb olur. Əminliklə qeyd edə bilərik ki, qəza və ümumilikdə baş verən hər bir sığorta hadisəsi üzrə qiymətləndirmələr bu gün sığorta şirkətlərinin peşəkar nümayəndələri və həmin sığorta şirkətlərinin əməkdaşlıq etdikləri ixtisaslaşmış təmir emalatxanaları tərəfindən kifayət qədər şəffaf və qanunvericilik prinsiplərinə əsaslanmaqla aparılır”, - deyə E.Mirsalayev qeyd edib.
O bildirib ki, avtonəqliyyat vasitəsi sahibləri tərəfindən bir çox hallarda unudulan məqam məhz müstəqil ekspertlərlə bağlıdır:
“Bu gün yerli sığorta sektorumuzda müstəqil ekspert institutu əhəmiyyətli dərəcədə inkişaf edib. Avtonəqliyyat vasitəsi sahibləri unutmamalıdırlar ki, qiymətləndirmədən narazı qaldıqları halda onlar Azərbaycan Respublikasının Mərkəzi Bankının reyestrində olan hər hansı bir müstəqil eksperti seçməklə zərərin yenidən qiymətləndirilməsinə nail ola bilərlər. Təcrübə göstərir ki, müstəqil ekspertlər tərəfindən aparılan yenidənqiymətləndirmə prosesi fərq yaradaraq mübahisələrin aradan qalxmasına zəmin formalaşdırır. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq avtonəqliyyat vasitəsi sahiblərinə - ümumilikdə bütün kateqoriyalar üzrə sığortaolunanlara müraciət edərək bildirmək istəyirik ki, sığortalandıqları zaman sığorta müqavilələrini və ya sığorta şəhadətnamələrini diqqətlə oxuyub qayda və şərtlərlə yaxından tanış olsunlar”.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












