Qəzalarla bağlı statistika: 133 nəfər həlak olub

Bu ilin əvvəlindən bu günə kimi Bakı şəhərində 466 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, nəticədə 133 nəfər həlak olub, 538 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Otən illə müqayisədə qəzaların sayında azalmaların olduğunu deyən bölmə rəisi statistik rəqəmləri də açıqlayıb: “2014-cü illə müqayisədə 61 hadisə azalıb, 31 ölüm faktı aşağı düşüb və 12 xəsarət dərəcəsi yüngül olub. Və qeyd edim ki, qəzaların 51 faizi piyadaların iştirakı ilə baş verib. 47 faiz isə sürət həddinin aşılmasından yaranan qəzalardır”.
V.Əsədov qəzaların və ölümlərin baş verməməsi üçün sürücüləri daha diqqətli olmağa çağırıb. Polis əməkdaşlarının yollarda təhlükəsizliyin təminatı üçün əllərindən gələni etdiyini və bundan sonra da edəcəyini deyən polkovnik qeyd edib ki, insanlar da qaydaları pozmaqdan çəkinməlidirlər.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












