QHT-lərə xarici maliyyə qadağası gücləndirilir

Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyətinə və maliyyələşməsinə dair nəzarət mexanizmlərini daha da gücləndirən dəyişikliklər qəbul edilib. Belə ki, Milli Məclisdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişikliklər təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, sənəd layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanunverici orqan bu qərarı Azərbaycan Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq qəbul edib. Yeni hüquqi tənzimləmələr çərçivəsində qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı müqavilələr üzrə bank və digər maliyyə əməliyyatlarının aparılmasına qadağa qoyulur. Konkret olaraq “Qeyri-hökumət təşkilatları haqqında” Qanunun 24-2.1-ci maddəsinə əlavə edilən yeni cümləyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Bundan əlavə, 24-2.2-ci maddədə də əhəmiyyətli dəyişikliklər edilib. Yeni redaksiyada qeydiyyatsız xarici maliyyə mənbələri hesabına göstərilən xidmətlər və görülən işlərə görə maliyyə vəsaiti və ya digər maddi vasitələrin qəbul edilməsi də qadağan olunur. Bu dəyişikliklərin məqsədi QHT-lərin maliyyə şəffaflığını artırmaq və xarici təsirlərin qarşısını almaq kimi şərh olunur.
Eyni zamanda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12.3-cü maddəsində də dəyişiklik edilib. Burada “qrant və ianə alarkən, habelə verərkən” ifadəsi maddədən çıxarılıb, “qrant və ianələr” ifadəsi isə daha geniş “əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri” anlayışı ilə əvəz olunub. Bu dəyişikliyin məqsədi əmlakın mənbəyinin daha geniş kontekstdə araşdırılması və qeyri-qanuni maliyyə axınlarına qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsidir.
Heydər Əliyev prospektində iş yerləri artdıqca səki problemi yaranır – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Klassik və sürət avtomobillərinin festivalı başa çatdı - FOTO - VİDEO
Xarici işlər nazirlərin üçtərəfli görüşü keçiriləcək
Qadınlar yol qəzalarında daha çox yaralanırlar - Gözlənilməz səbəb
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə gedə biləcəyik? - Yeni marşrutlar AÇIQLANDI
Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir - ADY rəsmisi
Masazırdakı bu yolun vəziyyətindən sürücülər NARAZIDIR - VİDEO
TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək - Nikol Paşinyan
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA










