QHT yeni layihənin icrasına başlayıb

Məlum olduğu kimi bütün dünyanı cənginə almış koronavirus infeksiyası müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara problemlər yaradıb. Pandemiya qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün isə daha ciddi fəsadlara yol açır. Bu şəxslərin müalicə və müayinəsi, onlara qan köçürülməsi kimi məsələlər problemə çevrilib. İnsanlarda qan xəstəlikləri ilə bağlı məlumat azlığı bu xəstəliklərin yayılmasına da öz təsirini göstərir. Respublikamızda da qan xəstəliyinin qarşısının alınması istiqamətində son illər görülən təbdirlərə baxmayaraq, problemi tam həll etmək mümkün olmayıb. Bu problemlərin həlli istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə ictimai dəstək məqsədi ilə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
Təşkilatın “Qan xəstəlikləri və koronavirusdan zərər çəkənlərə dəstək və maarifləndirmə” adlı layihəsində də bu tip insanlara yardımların edilməsi və qan xəstəlikləri ilə bağlı maarifləndirmə nəzərdə tutulur. Layihə çərçivəsində koronavirus pandemiyasından zərər çəkən respublikanın müxtəlif ərazilərində yaşayan imkansız ailələrə yardımlar ediləcək. Talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər və onların müalicəsi, sümük iliyinin trasplantasiyası əməliyyatı, COVİD-19-a yoluxmamaq üçün tələb olunan qaydalarla bağlı maarifləndirmə xarakterli yazılar hazırlanaraq mətbuatda yayılması təmin ediləcək.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











