Qiymətlər çoxdan artırılıb, bəs eskalatorlar niyə hələ də işləmir? - FOTO

“Qış Parkı”nda parklanma yerinin ətrafında olan eskalatorlar illərdir işləmir. Ötən il həmin ərazidə parklanma qiymətini qaldırsalar da, hələ də mövcud avadanlıqlar təmir olunmayıb”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə qafqazinfo-ya sakinlər müraciət ediblər. Onların sözlərinə görə, 12 saat üçün aylıq parkinq qiyməti 30 manatdan 80 manata qaldırılıb. Amma xidmət keyfiyyətində dəyişiklik yoxdur.
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaxın zamanda sözügedən eskalatorların təmirinə başlanılacaq: “Qış Parkı”nın aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub. Eskalatorların təmiri ilə bağlı artıq tender elan olunub və qalib müəyyən edilib. Yaxın zamanlarda təmir işlərinə başlanılması nəzərdə tutulub”.
Qeyd edək ki, sözügedən dayanacaqda parkinq qiymətləri ötən il qaldırılmışdı. Dayanacaqda əvvəl 12 saat üçün aylığı 30 manat olan parkinq qiymətləri 80 manat olmuşdu. Həmin vaxt AYNA tərəfindən verilən açıqlamada yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmaların xərcləri tam qarşılamadığı bildirilmişdi. Qeyd olunurdu ki, parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











