Qobustanda çökmə baş verən körpü sökülür - VİDEO

Bakı-Ələt yolunun Qobustan qəsəbəsindən keçən hissəsində bir neçə gün əvvəl çökmüş körpü bərpa olunur. Avtosfer.az xəbər verir ki, körpünün bərpasına müvafiq qurumun texnikaları və canlı qüvvələri cəlb olunub. Sürücülər isə alternativ yoldan rahat və tıxacsız istifadə etdiklərini bildirdilər. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirdi ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsindən keçən hissəsində yerləşən, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin çökməsi qeydə alınıb. Onun sözlərinə görə, aparılmış ilkin texniki qiymətləndirmələr nəticəsində körpünün istismar üçün artıq yararlı olmadığı müəyyən olunub və ötən gündən etibarən qəzalı körpünün sökülməsi istiqamətində zəruri işlərə başlanılıb. O da qeyd edildi ki, paralel olaraq, ərazidə yeni layihələndirmə və nəqliyyatın dayanıqlı təşkili ilə bağlı müvafiq tədbirlər də həyata keçirilir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












