Quba sakini itkin düşüb - FOTO

Qubada 23 yaşlı gənc oğlan sakini itkin düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini, 24.03.1997-ci il təvəllüdlü Məcidov Novruzbəy Niyaz oğlu cari ilin may ayının 31-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
N.Məcidovun əlamətləri belədir: boyu 161 sm., qısa qara saçlı, uzun sifətli, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxan zaman onun əynində qırmızı rəngli qısaqol köynək, qara rəngli şalvar və göy rəngli idman ayaqqabısı olub.
N.Məcidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir, aydın danışa bilmir və özü haqda dəqiq məlumat verə bilmir.
Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












