Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti bərpa edildi

Bu gün Qubada havanın temperaturunun digər günlərə nisbətən qəfil yüksəlməsi Xınalıq yolunda dağın ətəklərinə bir-neçə gün bundan öncə yağan güclü qar nəticəsində toplanmış qar kütləsi əriyərək yola doğru hərəkət edib. Nəticədə qar uçqunu yolun bağlanmasına səbəb oliub. Hadisə Quba-Xınalıq yolunun 36-38-ci kilometrlik hissələrində baş verib. “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, ümumilikdə sözügedən ərazilərdə 6 yerdə qar uçqunu qeydə alınıb. Yolda hərəkətin bərpası üçün dərhal əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikaları cəlb edilib. Texnikaların çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti tam bərpa edilib.
«Azəryolservis» ASC sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyatlı olmalarını xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmalarını tövsiyə edir.
Emin
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












