Qubada gecə saatlarında fəaliyyət göstərən iki çayxana aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları fevralın 9-da gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çayxana aşkarlayıblar
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Amil Balayev və orada olan 5 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Keçirilən digər bir tədbir zamanı rayonun Birinci Nügədi kəndi ərazisində eyni qayda pozuntusunu törədərək gecə saatlarında fəaliyyət göstərən daha bir çayxana müəyyən edilib. Polis əməkdaşları tərəfindən obyekti icarə əsasında işlədən Taleh Quliyev və orada olan 9 müştəri ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.
Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












