Quru sərhədlərlə bağlı müsbət anons verildi – Vacib detallar açıldı

Azərbaycanda quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, İranın xarici işlər naziri Abbas Əraqçı iki ölkə arasında müvafiq addımın gözlənildiyini açıqlayıb. O bildirib ki, bu, son bir ildə həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində mütəmadi müzakirə olunur.
Son bəyanat quru sərhədlərin açılması istiqamətində ilk addım sayıla bilərmi? Bu istiqamətdə hansı şərtlər mövcuddur?
İqtisadçı, sabiq deputat Vahid Əhmədov deyib ki, hazırda Azərbaycan-İran sərhədinin açılması real görünmür:
“Amma əhalinin normal gediş-gəlişi üçün müəyyən addımlar atıla bilər. Xüsusilə Rusiya istiqamətindən ölkəyə giriş-çıxışın asanlaşdırılması məqsədilə Gürcüstanla sərhəddə xüsusi bir keçid koridoru açmaq mümkündür. Ermənistanla bağlı vəziyyətə gəlincə, hələ sülh sazişi imzalanmayıb. Doğrudur, müsbət dinamika müşahidə olunur, qarşılıqlı əlaqələr formalaşır, dəmir yolu xətləri bərpa edilir. Amma qeyd edilən sənəd olmadan bu istiqamətdə arxayınlıqdan danışmaq olmaz. Buna görə də Azərbaycan dövləti hazırda sərhədlərin tam açılmasını məqsədəuyğun hesab etmir”.
İqtisadçı bildirib ki, quru sərhədlərin müəyyən hissələrinin açılması ən azı məhdud şəkildə insanların rahat gediş-gəlişini təmin etmək üçün vacib olardı:
“Çünki hər kəsin təyyarə ilə səfər etməyə maddi imkanı yoxdur, halbuki quru yolla səyahət daha münasibdir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi işlər görülür. Məlumata görə, bu layihənin 2026-cı ilin sonuna, ən geci 2027-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Bu da regionda nəqliyyat əlaqələrinin bərpasına və gediş-gəlişin asanlaşmasına şərait yaradacaq. İranla sərhədlərin açılması isə iki ölkə arasında aparılan danışıqlardan asılıdır. Ölkələr arasında müəyyən ticarət əlaqələri mövcud olsa da, bəzi problemlərə görə hələlik konkret nəticələr əldə edilməyib”.(aqreqator.az)
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO










