Ramazan ayı nə vaxt BAŞLAYIR? - AÇIQLAMA

Mətbuatda və sosial şəbəkələrdə Azərbayanda Ramazan ayının martın 1-dən başlayacağı barədə xəbərlər yayılıb. Fevralın 28-də Azərbaycan səmasında yeni Ayın görünəcəyi, Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi iddia edilib.
Avtosfer.az xəbər verir ki, yayımlanan təqvimə görə, martın 30-u və 31-i Ramazan bayramı qeyd ediləcək. Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək.
Qeyd edək ki, ötən il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il Ramazan ayının başlaması ilə əlaqədar fətva verir.
Yayılan xəbərlərlə bağlı Modern.az-a danışan İçərişəhər “Cümə” məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib ki, Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən qərar qəbul edilməyib:
“Qafqaz Müsəlmanlar İdarəsinin bununla bağlı iclası hələlik olmayıb və fətva verilməyib”, - o deyib.
Qeyd edək ki, fətvanın yaxın günlərdə veriləcəyi gözlənilir.
İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










