Ramazan bayramını qeyd edirik

Bu gün Azərbaycanda Ramazan bayramıdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 18-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyulun 18-nə təsadüf edir. Bu gün Azərbaycanda bayram namazı qılınacaq.
Namazın vaxtı “Təzəpir” məscidində səhər saat 10.00, Əjdərbəy məscidində isə saat 9.00-da müəyyən olunub.
Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Fitrə bayram namazına qədər çıxarılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrə payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.
Bu il üçün fitrənin miqdarı 5-10 manat miqdarında müəyyənləşdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqı təbrik ediblər.
Bayramınız mübarək!
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












