Rayonlara qrup turlarının təşkilinə icazə verilir? - AÇIQLAMA

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunundan rayonlara gediş-gəliş açılsa da, turistlər üçün rayonlara qrup turlarının təşkilinə icazə verilmir.
Bunu “Trend”ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.
Onun sözlərinə görə, insanlar rayonlara səyahət məqsədilə getmək istəyirlərsə, fərdi qaydada hotelləri bronlayaraq səfər edə bilərlər:
“Lakin qrup turlarının təşkilinə yol verilmir. Hazırda bu məsələ də müəyyən şərtlər daxilində təşkili məsələsi müzakirə edilir. Fikrimcə, bu məsələ ilə bağlı yaxın günlər ərzində qərar verilə bilər”.
F.Hacıyev əlavə edib ki, qrup turlarının qiymətləri sərfəli olduğundan hazırda insanların əksəriyyətindən gələn təkliflər belə turların təşkili ilə bağlıdır:
“İnsanlar əvvəlki kimi qrup turlarına qoşulmaq istəyirlər. Amma bu məsələ ilə bağlı qərarın verilməsi Nazirlər Kabineti yanında operativ qərargahın səlahiyyətindədir. Dövlət Turizm Agentliyi pandemiya dövründə turizm xidmətlərinin təşkili ilə bağlı bütün şərtləri bəyan edib. Məsələn, sərnişin daşımaya icazə verilərsə, qrup turu avtobuslarında ümumi tutumun yarısı qədər qonaq aparmaq mümkün olacaq. Bitişik iki oturacaqda bir nəfər əyləşə biləcək. Bu, indiki dövrdə daha təhlükəsiz səyahət deməkdir”.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












