Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı məsul vəzifəli şəxslərə dair meyarlar təsdiqlənib

Nazirlər Kabineti "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarları"nı təsdiq edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin fəaliyyətinin bu Qərarla təsdiq edilən meyarlar əsasında illik qiymətləndirməsinin nəticələrini təsdiqedici sənədlərlə birlikdə hər növbəti təqvim ilinin yanvarın 30-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 17 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etməlidir.
Nazirlər Kabineti bəyan edib ki, qərar rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin dairəsini, həmçinin onların fəaliyyətinin qiymətləndirilməsi meyarlarını müəyyən edir. Qərarın qəbulu müvafiq dövlət orqanlarında (qurumlarında) rəqəmsal inkişaf və elektron hökumətlə bağlı fəaliyyətə cavabdeh olan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimlənmənin bərqərar olmasına, bununla da həmin sahədə məsuliyyətli idarəetmənin təşviqinə xidmət edəcək.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












