Rusiya aviaşirkəti Azərbaycanın 40 vətəndaşını təyyarəyə buraxmayıb

Bu gün 40-a yaxın Azərbaycan vətəndaşı Moskva-İstanbul reysinə qeydiyyatdan keçə bilmədikləri və Rusiyanın “Pobeda” aviaşirkətinin təyyarəsi ilə vətənlərinə gedə bilmədikləri üçün Moskvanın azərbaycanlı icmasına müraciət edib.
Bu barədə “Moskvanın Azərbaycanlı İcması” təşkilatının sədri Şamil Tağıyev məlumat verib.
"Aviaşirkət əməkdaşları vətəndaşlarımızı təyyarəyə buraxmayıblar, uçuş üçün qeydiyyatdan keçirməyiblər və təyyarəyə Azərbaycan vətəndaşlarının buraxılmaması ilə bağlı bütün məlumatların “Pobeda”nın saytında olduğunu bildiriblər. Amma biz saytda belə bir informasiya tapa bilmədik. Etnik mənsubiyyətə görə belə qərar qəbul etmək absurddur. Bizə qanunvericiliyə istinadla normal cavab verilmədi”, - Şamil Tağıyev deyib.
“Pobeda”nın bu hərəkətindən zərər çəkənlər Vətənə dönmək üçün başqa aviaşirkətlərdən bilet almalı olublar.
Sərnişin Aqil Abbasov bilet alarkən heç kimin ona bu qaydalar barədə xəbərdarlıq etmədiyini söyləyib: “Reysə qeydiyyatdan keçmək üçün hava limanına vaxtında gəldim. Orada mənə bunun mümkün olmadığını dedilər. Niyə göyərtəyə buraxılmadığımı soruşduqda Azərbaycan vətəndaşı olduğumu dedilər. Yeni bilet alıb başqa aviaşirkətin reysi ilə uçmaq məcburiyyətində qaldım”.
Qeyd edək ki, daha əvvəllər də təyyarə göyərtəsinə buraxılmayan Azərbaycan vətəndaşlarından şikayətlər olub. Özü də bu cür addımları məhz “Pobeda” aviaşirkəti atır və bunu şirkətin hər bir Azərbaycan vətəndaşı üçün 700 avro cərimə olunacağı ilə əsaslandırır. Öncəki halda Azərbaycanın Rusiyadakı səfirliyi məsələyə qarışmalı olmuşdu. (Report)
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












