Rusiya niyə Zəngəzur dəhlizinin əleyhinədir?

Azərbaycanla Ermənistan arasında real sülhün yaxınlaşmasına Rusiyadan gələn reaksiyalar bir daha göstərir ki, Kreml regionda əmin-amanlığın yaranmasında, qonşu ölkələrin inkişafında maraqlı deyil. Eyni zamanda, Kreml təbliğatı Zəngəzur dəhlizinin açılması perspektivinin Rusiyanın regiondakı maraqlarının tamamilə ziddinə olduğunu açıq şəkildə bəyan etməkdədir. Avtosfer.az "Azpolitika"ya istinadla xəbər verir ki, sabiq XİN başçısı Tofiq Zülfüqarov da bu mövzu ilə bağlı paylaşım edərək, Rusiyanın Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu yazıb. Amerikanın məşhur “Forbes” jurnalı isə yazıb ki, ABŞ Zəngəzur dəhlizinin işə salınması üçün kompromis mexanizm təklif edib. Nəşr yazır ki, ABŞ Cənubi Qafqazda Rusiya, Çin və İranın təsirini azaltmaq və Avropaya enerji təchizatı marşrutlarını şaxələndirmək üçün Zəngəzur dəhlizilə bağlı kompromis mexanizmlə çıxış edib.
“Forbes” qeyd edir ki, dəhlizin reallaşdırılması regionda geoiqtisadi tarazlığı əhəmiyyətli dərəcədə dəyişə, İranın tranzit rolunu və Rusiyanın gəlirlərini məhdudlaşdıra bilər:
“İran tranzit rolunun 30%-ə qədərini, Rusiya isə 20 milyard dollara qədər gəlirini və Avropanın enerji bazarlarındakı təsirinin 15%-ə qədərini itirə bilər. Dünya Bankının hesablamalarına görə, 2027-ci ilə qədər dəhlizin vasitəsilə yaradılacaq yeni marşrut illik ticarət dövriyyəsini 100 milyard dollara çatdıra və Avropa ilə Asiya arasında tranzit müddətini xeyli azalda bilər. Azərbaycan üçün isə ixracı 700 milyon dollar artıra və hər il neft ÜDM-ini 2% artıra bilər”.
“Forbes”-in də yazdığı kimi, Zəngəzur dəhlizinin yalnız Rusiyanın nəzarətindən kənarda açılması deyil, bu yolun ümumiyyətlə açılması Moskvanın təkcə regiondakı siyasi planlarına yox, həm də iqtisadi maraqlarına qəti uyğun gəlmir. Nəşr yazır ki, ABŞ Rusiyanı kənarda qoymaqla, Bakı və İrəvanın maraqlarını eyni vaxtda nəzərə alan variant təklif edir:
“Ermənistan rəsmi suverenliyini qoruyaraq zəmanətli tranziti təmin etməlidir. Bu, dalana dirənmiş danışıqları irəli apara bilər. Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri Barak bildirmişdi ki, Vaşinqton ölkələr arasında dalana dirənmiş danışıqları irəliyə aparmaq məqsədilə Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, həll yolu Vaşinqtonun həmin hissənin 32 kilometrini 100 il müddətinə icarəyə götürməsi ola bilər”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











