Rusiya qadağan olunmuş kaset bombalarından istifadə edib

Rusiya Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda yaşayış məntəqəsini atəşə tutmaqla qadağan olunmuş kasetli sursatlardan istifadə edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“İstintaqın məlumatına görə, martın 27-də Rusiya silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarına məhəl qoymayaraq, Krivoy Roq rayonunun yaşayış məntəqələrindən birində “Tornado-S” reaktiv yaylım atəş sistemi ilə artilleriya atəşi həyata keçirib. Raket qadağan olunmuş kasetli sursatlarla təchiz edilib”, - məlumatda deyilir.
Faktla bağlı cinayət işi açılıb.
"Hadisə yerinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları və partlayıcı qurğular xidmətinin əməkdaşları tərəfindən raketin parçaları aşkar edilərək götürülüb. Zərərçəkənlər və zədələnmiş infrastruktur haqqında tam məlumat dəqiqləşdirilir. Bu ərazidə hərbi obyekt yoxdur", - deyə Baş Prokurorluq əlavə edib.
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...












