Rusiya Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə edilməsinə yardımçı olub

Rusiya Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə etməsinə yardımçı olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən məlumat verib.
“Azərbaycan və Ermənistan Naxçıvana gedəcək dəmir yolu ilə bağlı çoxdan, hələ ötən ilin payızında razılıq əldə edib. Avtomobil yolu ilə bağlı isə İrəvan uzunmüddətli fasilə götürmüşdü. Amma iyunun 3-də Baş nazir müavinlərinin sonuncu görüşündə yolun 6 kilometrlik hissəsini çıxmaq şərti ilə gələcək marşrut razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın “Avtodor” şirkəti həmin əraziyə ekspertlər göndərib ki, onlar sadə mühəndis həlli yollarını göstərsin”, - mənbə bildirib.
Qeyd olunub ki, yol Ermənistan ərazisində Araz çayı boyunca keçəcək, qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan yollardan istifadə olunacaq. Həmin yollar sərhədin bütün xətti boyu qalıb və yalnız Ermənistanla Naxçıvanın sərhəd xəttindəki hissə qalır.
Mənbə onu da bildirib ki, İrəvan bu ilin martında Bakıda Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən Naxçıvana gedəcək yolun inşası barədə memorandum imzalamasından sonra danışıqlar prosesini sürətləndirib.
APA
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












