Rusiyada miqrantların yaşadıqları yerdə qeydiyyat üçün rüsum tətbiq ediləcək

Rusiyada miqrantların yaşadıqları yerdə qeydiyyatı üçün rüsum tətbiq edilə bilər. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Rusiya hökuməti Dövlət Dumasına miqrantların yaşadıqları yerdə qeydiyyata alınması üçün rüsumun tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edib. Qanun layihəsinə görə, xarici vətəndaşların yaşayış yerində qeydiyyatı üçün 500 rubl, habelə müvəqqəti qalma müddətinin uzadılması üçün 1 min rubl məbləğində rüsum tətbiq edilməsi təklif olunur. Bundan əlavə, işləmək icazəsi olan patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün 4,2 min rubl məbləğində rüsum da müəyyən edilir. İş icazəsinin müddətinin uzadılması üçün miqrantlar 4,2 min rubl, dublikatın verilməsi və ya icazəyə düzəlişlər edilməsi üçün isə 2,1 min rubl ödəməli olacaqlar. Qanunun qəbul ediləcəyi təqdirdə, 2025-ci il sentyabrın 1-dən, lakin rəsmi dərc edildiyi tarixdən bir aydan tez olmayaraq qüvvəyə minəcəyi güman edilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











