Rusiyadan Xankəndinə 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardımdan ibarət növbəti yük göndərib. Avtosfer.az xəbər verir ki, bunu nazirliyin əməkdaşı Yebgeni Qorelov yükü yola salmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, “yerli hakimiyyətin” istəyi əsasında FHN-in əməliyyat qrupu vacib tikinti materiallarının siyahısını hazırlayıb. Y.Qorelov deyib ki, bu tikinti materialları yaşayış binaları və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulub.
O bildirib ki, 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq, 2 avtomobil isə müşayiət edəcək. Yük fevralın 24-də Xankəndinə çatacaq.
FHN zabitinin sözlərinə görə, atəşkəs elan olunandan sonra Rusiya Qarabağa 200 tondan artıq humanitar yardım göndərib. Yük dəmiryolu ilə Azərbaycana və Ermənistana, oradan isə Xankəndinə daşınır.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












