Sabah Bakıda 28, rayonlarda 30 dərəcə isti olacaq

26 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 26 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.
26 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
Avqustun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS










