Sabirabadda karantinlə bağlı reyd keçirilib, 5 nəfər cərimələnib

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejiminin qaydalarına rayon ərazisində riayət edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qapalı məkanlarda karantin qaydalarının tələblərinə riayət etməyənlərə qarşı reyd keçirilib.
Reydlər zamanı maska və əlcəkdən istifadə etməyən satıcılar və müştərilərlə maarifləndirici səpkidə söhbətlər aparılıb.
Onlara koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükələr barədə məlumat verilib, karantin qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda qayda pozuntusuna yol vermiş 5 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












