Sahibkarlarla növbəti görüş keçirilib - FOTO

“Şirvan” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, görüş gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirmələr, eyni zamanda gömrük rəsmiləşdirilməsi prosesində müvafiq dövlət orqanlarından tələb olunan icazə sənədləri barədə xarici ticarət iştirakçılarının məlumatlandırılması məqsədilə təşkil olunub.
Görüşdə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük sistemində aparılan təkmilləşdirilmələr və yeni istifadəyə verilmiş lahiyələrin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin minimum endirilməsinə şərait yaratdığı vurğulanıb.
Tədbirdə həmçinin, gömrük bəyannamələrinin düzgün tərtib olunması ilə bağlı suallara ətraflı şəkildə izahlar verilib.
Sonda sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənib, onların sualları cavablandırılıb.
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA














