Şamaxı yolunda maşınlar BELƏ SÜRÜŞDÜ - VİDEO

Şamaxıda güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, yolda qəza baş verib.
Avtosfer.az xəbər verir ki, yollar buz bağlayıb, avtomobillər idarəetməni itiriblər. Problem əsasən Əngəxəran, Məlhəm və Çuxuryurd kəndlərinə gedən yollarda yaşanıb. Həmin maşınlardan biri yol kənarına aşıb. Toyota Prado markalı avtomobilin sürcüsü digər sakinlərin köməyi ilə maşından çıxarılıb.
***
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən də yollarda nəzarət tədbirləri gücləndirilib:
"Qeyd olunan ərazidə gün ərzində ciddi, yəni xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmasa da, avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən həmin ərazinin qar və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülür. Bir daha hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə tövsiyə olunur ki, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə zəruri ehtiyat tədbirləri görsünlər, eləcə də sürət həddini hava şəraitinə uyğun seçsinlər". (qafqazinfo.az)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












