Şamaxıda ər və arvadı döyüb qarət edənlər həbs edilib

Şamaxıda qadın və kişini öz evində döyərək quldurluq edən şəxslər həbs edilib. Report" xəbər verir ki, Şamaxı şəhər sakini Niyazova Zərifə İsmayıl qızı rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020 ci il tarixdə gecə saat 2 radələrində yaşadığı Şamaxı şəhər H.Ciddi küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edərək onu və həyat yoldaşı Niyazov Polad Məcid oğlunu döyərək əmlakını talan edib.
Keçirilmiş istintaq tədbirləri zamanı məlum olub ki, Şamaxı şəhər sakinləri 21 yaşlı Heybətov Elxan Ənvər oğlu, 28 yaşlı Həmidov Pərvin Babək oğlu və 35 yaşlı Pənahov Valeh İbadulla oğlu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər. Onlar həmin gecə Z.Niyazovanın yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla evdə olan çəliklə (əsa) və bıçaqla Z.Niyazovanı və P.Niyazovu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra quldurlar evdə olan Nokia 112 markalı, Samsung Galaxy J2 markalı mobil telefonları, 17 AZN nəğd pulu götürərək qaçıblar.
Hazırda onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3,181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma davam edir.
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO










