Sanitariya-gigyena qaydalarını pozan şəxs cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirirlər.
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 17-də keçirilən növbəti belə tədbir zamanı paytaxtın Xətai rayonunun E.Əliyev küçəsi 1 ünvanında sənaye tullantılarının qalaqlanması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna və sənaye tullantılarının qalaqlanmasına görə Biləsuvar rayon sakini Zahir Məhərrəmov barəsində protokol tərtib olunub.
Ona 800 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












