“Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib - FOTO

İyunun 10-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil olunub. Avtosfer.az xəbər verir ki, Medianın İnkişafı Agentliyində keçirilən təlim Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərindəki Baş Qərargahında akkreditə olunmuş, BMT Müxbirlər Assosiasiyasının üzvü olan jurnalistlər – Stefano Vakkara və Cordan Dakamseh tərəfindən aparılıb.
Otuz illik jurnalist təcrübəsinə malik, İtaliya xəbər agentliyi “İtalpress”in ABŞ-dakı müxbiri Stefano Vakkara “Faktlar unudularsa, jurnalistika öz mahiyyətini qoruyurmu?” mövzusunda təqdimatla çıxış edib.
Uzun illər BMT-nin müxtəlif missiyalarında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışan, “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti Cordan Dakamseh isə “Necə nüfuzlu jurnalist olmaq olar?” və “Misinformasiyanın qarşısının alınması üçün sosial mediadan istifadə” mövzularında fikirlərini iştirakçılarla bölüşüb.
Təlim zamanı etibarlı və araşdırmaya əsaslanan jurnalistikanın cəmiyyət üçün niyə vacib olduğu vurğulanıb, faktların yoxlanılması (fact-checking) mədəniyyətinin təşviqi, media savadlılığının artırılmasında jurnalistlərin rolu, sosial mediada və peşəkar platformalarda jurnalistin öz etibarlı imicini yaratmasına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimdə 20 nəfərə yaxın ingilisdilli media nümayəndəsi iştirak edib.




Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












