Səbaildə narkotika satan şəxs saxlanıldı - FOTO

Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Elvin Muradov tutularaq istintaqa təqdim edilib.
Onun üzərində şəxs axtarış aparılan zaman 50 qram qurudulmuş marixuana, həmçinin ümumilikdə 295 ədəd güclü təsiredici psixotrop maddələr olan ekstazi və preqabalin həbləri aşkar olunaraq götürülüb. Elvin Murdov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan və xarici ölkələrdən birində yaşayan “Samir” adlı şəxsin sifarişi ilə Bakı şəhərində narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Faktla bağlı Elvin Muradov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












