Sədr: Azərbaycan dəmir yolu daşınmasından milyardlar qazana bilər

Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən dəmir yolu xətti ilə yüklərin daşınması 20-ci ilədək təxminən ildə 300-400 min konteyner təşkil edə bilər, 2024-cü ildə isə bu rəqəm çox arta bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Çin, Qazaxıstan, Azərbaycan ərazisindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qarşılanması mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatında yüz milyonlarla gəlir gətirə və bu gəlir artan tendensiya üzrə milyardlara yaxınlaşa bilər.
C.Qurbanov qeyd edib ki, ölkə prezidenti İlham Əliyev Azərbaycanı tranzit yüklərin keçəcəyi bir loqistik mərkəz kimi görmək istəyir. “Və bunun üçün avtomobil yollarının, dəmir yollarının inkişafına, beynəlxalq aeroportların inkişafına, limanların inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunlar isə gələcəyə hesablanmışdır, gələcəkdə daha çox tranzit yüklərin daşınmasına şərait yaradacaq”, - deyə, o bildirib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












