Şəhid gömrükçü Ülvi Hacıyev doğum günündə anılıb - FOTO

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Dövlət Gömrük Komitəsinin əməkdaşı Ülvi Hacıyev doğum günündə anılıb.
Doğum günündə şəhidin II Fəxri xiyabandakı məzarı ziyarət olunub. Mərasimdə şəhidin ailə üzvləri, Dövlət Gömrük Komitəsinin rəhbərliyi, Ülvinin təhsil aldığı Suraxanı rayonu 141 saylı tam orta məktəbin kollektivi və şəhidin adını daşıyan Səbail rayonu 6 saylı tam orta məktəbin 4 c sinfinin şagirdləri iştirak ediblər.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a bildirilib ki, sonra şəhidin yaşadığı Sabunçu rayonu ərazində onun xatirəsinə ucaldılan bulağın açılışı olub. Mərasimdə rayon icra hakimiyyəti və digər qurumların nümayəndələri, məktəblilər, gömrük əməkdaşları iştirak ediblər.
Ülvi Hacıyev 1994-cü il noyabrın 13-də Bakı şəhərində doğulub. Orta təhsilini Suraxanı rayonu 141 saylı orta məktəbdə alıb. Azərbaycan İqtisad Universitetində bakalavr və magistr səviyyələrində ali təhsil aldıqdan sonra Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində xidmətə başlayıb. Vətən müharibəsi başlananda könüllü cəbhəyə yollanıb. 2020-ci il oktyabrın 19-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA


















