Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA

Dünən YPX əməkdaşları tərəfindən Kənar dairəvi yolda tapılan Səid adlı uşaq anasından küsdüyünü bildirmişdi. Polisin çevik reaksiyası azyaşlının təhlükəsizliyi təmin edilmiş, valideynləri Ekoloji posta dəvət olunmuşdu. Daha donra isə uşaq atasına təhvil vermişdi.
Avtosfer.az xəbər verir ki, baş verən hadisəyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev hadisəyə münasibət bildirib. O qeyd edib ki, bu cür hallar polis üçün fövqəladə hadisə deyil, gündəlik iş prosesinin bir hissəsidir. Hər gün azyaşlıların valideyn nəzarətindən kənarda qalması, yolu təhlükəli yerdən keçməsi, ünvanı dəqiq bilməməsi və ya yalnız məktəbin adını deməsi ilə bağlı onlarla məlumat daxil olur.
"Polisin vəzifəsi uşağı sadəcə bir ünvana aparmaq yox, təhlükəsizliyini təmin etmək, şəxsiyyətini və valideynlərini dəqiqləşdirmək, riskləri aradan qaldırmaqdır. Bəzi hallarda uşağın dediyi məlumatlar yanlış çıxır, məktəb bağlı olur və ya valideynlər hadisədən xəbərsiz qalır.
Bu səbəbdən hər fakt operativ, ehtiyatlı və mərhələli şəkildə araşdırılır. Burada məqsəd şişirtmək yox, profilaktika aparmaq, mümkün təhlükələrin qarşısını almaq və valideyn məsuliyyətini xatırlatmaqdır.
Profilaktika yalnız polis işi deyil, valideyn nəzarəti, maarifləndirmə və ictimai məsuliyyət də bu zəncirin vacib halqalarıdır".
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












