Ermənilər 8 kilometr əvəzinə 150 km yol qət etməli olacaqlar: yol bağlıdır

Ermənilər Zəngəzurun Ermənistana məxsus Qafan rayonundan Çakatenə getmək üçün əvvəlki 8 km əvəzinə 150 km yol qət etməlidirlər.
Bu barədə erməni mətbuatında məlumat yayılıb.
Bildirilir ki, Azərbaycan Qafan-Çakaten yolunda gömrük məntəqəsi qurduqdan sonra altı kəndin Qafanla birbaşa əlaqəsi kəsilib. Bu halda ermənilər Qafandan Mehriyə, oradan isə Çakatenə getməlidirlər.
Qeyd edilir ki, alternativ yol keçilməzdir, həmin yoldan da heç bir sürücü hələlik istifadə etmir.
Vurğulanır ki, reportajı hazırlayan jurnalistlər Qafandan Mehriyə yollanıblar. Mehridən Çakatenə isə başqa variant olmadığına görə 20 min drama (təxminən 71 manat) taksi ilə gediblər.
Mehridən Çakatenə gedən yolun üstündəki ilk kənd Tsavdır. Onun da artıq Qafanla əlaqəsi kəsilib.
“Biz yolun tezliklə açılmasını gözləyirik və təşvişə düşmürük. Çünki çaxnaşma bizim təxliyyə edilməyimizə səbəb olar. Biz buna həm psixoloji, həm də fiziki cəhətdən hazırıq”, - deyə Tsav sakini bildirib.
Başqa bir sakin qeyd edib ki, əgər Ermənistan hakimiyyəti bu yolun bağlanacağını əvvəldən bilirdisə, alternativ yolun tikintisinə daha əvvəl başlamalı idi.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










