Səlahiyyət sahibləri sadə vətəndaşlara nümunə olmalıdır - Çingiz Qənizadə

Bir vətəndaş olaraq baş verən hadisəni qınayıram. Uzun illər ölkədə Prezident Aparatının rəhbəri olmuş, hazırda AMEA-nın prezidenti olan Ramiz Mehdiyev tərəfindən belə bir məclisin keçirilməsi, şərait yaradılması və orada iştirak olunması başadüşülən deyil. Eyni zamanda, o tədbirdə iştirak edən bütün rəsmi şəxslərin hərəkəti qınaq obyektinə çevrilib”. Bu fikirləri publika.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. O bildirib ki, qanunlar hamı üçün eynidir, hamı da onun qarşısında bərabər olmalıdır: “Prezident İlham Əliyev bu yaxınlarda bəzi icra başçılarının həbsi zamanı dedi ki, heç kəs qanundan üstün deyil və heç kəs də düşünməsin ki, lazım gəldikdə cəzadan kənarda qalacaq. Əgər dövlət və Prezident bu məsələyə laqeyd qalsaydı, Azərbaycan ictimaiyyəti bunu heç cür başa düşməzdi. Orada iştirak edən şəxslər karantin rejiminin qaydalarını pozub və buna görə də Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq məsuliyyət daşıyırlar. Artıq qudalar da həbs olunub və tədbirdə iştirak edən rəsmi şəxslərin fəaliyyətlərinə rəsmi qaydada siyasi qiymətlər verilir”.
Ç.Qənizadə qeyd edib ki, vəzifəli şəxslər, dövlət nümayəndələri və digər səlahiyyət sahibləri sadə vətəndaşlara nümunə olmalıdır: “Bu halda isə onlar nəinki nümunə olublar, hətta ayrıseçkilik yaradıblar. Bir vətəndaş olaraq dövlətimizə və onun rəhbərliyinə təşəkkür edirəm ki, ictimai rəydə çox böyük qınaq hədəfinə çevrilmiş belə bir məsələyə laqeyd qalınmadı və dövlət qurumları qanuna uyğun olaraq məsələyə öz münasibətini bildirdi. Amma bu proseslər hələ müzakirə predmeti olacaq. Yəqin ki, daha ciddi yanaşmaların şahidi olacağıq. Kimliyindən asılı olmayaraq karantin qaydalarını pozan hər bir şəxsin hərəkətini pisləyirəm. Sadə, kasıb təbəqə 3-5 nəfərlə toplaşıb ad günü keçirmək üçün hansısa kafedə oturmaqla məsuliyyətə cəlb olunduğu halda, dövlətin vəzifəli şəxslərinin bu cür hərəkətə yol vermələri başadüşülən deyil. Onlar haqlı olaraq həm cəmiyyət tərəfindən tənqid olundular, həm də hüquq-mühafizə orqanları tərəfindən qanunauyğun şəkildə cəzalarını aldılar”.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO











