Serbiyada tibbi maska taxmayanlar cərimə ediləcək

Serbiyada qapalı yerlərdə tibbi maskaların taxılması məcburi olacaq. Qaydaları pozan şəxslər cərimə olunacaqlar.
Bunu Serbiya prezidenti Aleksandar Vucic deyib.
Ölkədə son sutkada koronavirus infeksiyasına yoluxma halları 359 nəfər artıb.
Ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib. Serbiyada ümumilikdə 15 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 nəfəri vəfat edib.
Qeyd edək ki, tibbi maska taxmayan şəxsləri 43 avro məbləğində cərimə gözləyir.
“Ən böyük problem Belqradda qeydə alınıb. Yoluxan şəxslərin 82,5 faizi Belqrad şəhərindədir. İki həftə ərzində gecə klublarını 23:00-dan səhər 6:00-a qədər bağlayacağıq. Açıq sahələri olmayan kafelər də fəaliyyət göstərməyəcək. Ticarət mərkəzlərində və nəqliyyat vasitələrində qoruyucu maska taxmayanların hamısı cəzalandırılacaq” - deyə, Vuçiç bildirib. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











