Sərhəddə narkotik gətirən dəstə zərərsizləşdirilib - FOTO

Son günlər ərzində 3 halda 21,7 kq narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İran İslan Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində 1988-ci il təvəllüdlü, İran İslam Respublikası vətəndaşı Sədri Kazım Həmid Azərbaycan Respublikasının dövlət sərhədini İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikası istiqamətində keçərkən sərhəd pozucusu qismində saxlanılmışdır. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kq 52 qram heroin, 1 kq 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram mеtadon, 1103 qram metaмfеtamin, güclü təsir edən maddə - 8,9 qram “Tramadol”, 37,4 qram “Preqabalin”, 0,4 qram “Klobazam” aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmış, İİR vətəndaşı Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş, cinayətkar qrupun digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmış, sərhəd naryadının sayıqlığı nəticəsində qaçaqmalçılar qaçaqmal predmetini hadisə yerində ataraq İran İslam Respublikası istiqamətində geri qaçmışlar. Hadisə yerinə baxış keçirilərkən ərazidə 4 kq 520 qram heroinə, 495 qram qurudulmuş marixuanaya və 2 kq 60 qram metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür.
Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində 6 kq 320 qram heroinə, 540 qram qurudulmuş marixuanaya, 210 qram həşişə oxşar maddələr və 51 flakonda güclü təsir edən vasitə “Mydrax-Tropikamide”-yə oxşar maddə aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq Musayev
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












