Sərnişindaşımada nəqliyyat vasitələrinin texniki müayinədən keçirilməsinə başlanılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətinin təmin edilməsi, xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması, eləcə də payız-qış mövsümünün uğurla başa vurulması üçün sentyabr ayının 7-dən etibarən muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinədən keçirilməsinə başlanılıb.
Xidmətdən Avtosfer.az-a bildirilib ki, bu məqsədlə xidmət tərəfindən 5 nəfərdən ibarət Texniki Müayinə Komissiyası yaradılıb. Komissiya tərəfindən ilk olaraq muxtar respublikanın ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobusların texniki müayinəsi həyata keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün sürücülərə lazımi köməklik göstərilib.
Sentyabr ayının sonunadək muxtar respublika daxilində 135 marşrut xətti üzrə fəaliyyət göstərən 313 avtobus texniki müayinədən keçiriləcək. Rayondaxili marşrutların texniki müayinəsi isə müvafiq rayon avtovağzallarında aparılacaq. Görülən tədbirlər çərçivəsində avtovağzallarda istilik sistemlərinin işlək vəziyyətə gətirilməsi və çatışmazlıqların aradan qaldırılması da nəzərdə tutulub. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq qısa müddət ərzində mövcud olan marşrut xətlərinin hamısının hərəkət sxemi hazırlanıb, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslara paylanıb, avtobusların görməli yerlərindən asılıb.
Qeyd edək ki, taksi minik avtomobillərinin texniki müayinəsi isə oktyabr ayında həyata keçiriləcək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












