Seroloji test üçün hələki könüllü müraciətləri qəbul etmirik

Bir çox respirator viruslar orqanizmə daxil olduqdan sonra qanda onlara qarşı anticisimlər (immunitet) formalaşır.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, COVİD 19-a yoluxan şəxslərdə də bu immunitet seroloji testlərlə və qandan alınmış nümunələrlə aşkar edilir: "Bu testlər əhalinin müəyyən bir qismində aparılandan sonra artıq insanların neçə faizinin bu virusa yoluxub sağaldığı ilə bağlı statistika formalaşır. Son araşdırmalar onu göstərir ki, 81 faizə yaxın insan bu xəstəliyi yüngül simptomlu və ya simptomsuz keçirir. Həmin şəxslər hətta koronavirus xəstəliyini keçirdiklərinin fərqində olmurlar. Bir neçə gün onlarda kəskin respirator infeksiya müşahidə edilir və sonra sağalırlar. Həmin şəxsin koronavirusa yoluxuğunu seroloji testlər vasitəsilə qanda aşkar edə bilirik. Vətəndaşlar bununla bağlı müraciətlər edirlər və koronavirusa yoluxub-yoluxmadığını dəqiqləşdirmək istəyirlər. İndiyə qədər bu müayinələr özəl klinikalarda ödənişli həyata keçirilirdi. İndi isə biz bunu bir layihə kimi həyata keçiririk. Bu layihə Almaniya, Çin, Türkiyə, İspaniya kimi böyük ölkələrdə də həyata keçirilir. Azərbaycanda da bu layihəyə start verilib".
N.Mustafayeva bildirib ki, hazırda seroloji test əhali arasında təsadüfi seçmə yolu ilə aparılır: "Həmin şəxslərə bu müayinədən keçmək təklif olunur. Düzdür, bu prosesdə testdən könüllü keçmək istəyənlər də var və bununla bağlı müraciətlər edirlər. Amma bu proses layihənin təsadüfi seçmə prinsipini pozur. Ona görə də hələki könüllü müraciətləri qəbul etmirik. Seroloji testi venadan alınmış 3-5 milli qram qanın laborator müayinəsi zamanı müəyyən edilir. Bu testləri icra etmək üçün istifadə olunan reaktivlər Almaniyanın "Avroimmun" şirkətinin istehsalıdır. Bu reaktivlər qanda həmin anticisimləri təyin etməyə həssasdır. Bu müayinədən keçən şəxslərə həmçinin qanın ümumi analizi də ödənişsiz təyin edilir".
İşçi qrupunun üzvü bildirib ki, bu testlər vasitəsilə Azərbaycanda nə qədər insanın koronavirusa yoluxduğu müəyyən ediləcək: "Əgər test zamanı kimdəsə pozitiv nəticə aşkarlanarsa, həmin şəxs arxayın olacaq ki, o artıq COVİD-19-u keçirib və sağalıb. Bu, geniş miqyasda həyata keçirilsə, əhəmiyyətli nəticələr əldə edə bilərik". (Trend)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










