Sərxoşluq dərəcəsini mobil telefonlar xəbər verəcək

ABŞ-ın elm adamları insanların avtomobil sürə biləcək dərəcədə sərxoş olub-olmadığını mobil telefonlar vasitəsilə xəbər verən sistem hazırlayıblar.
Bu yenilik Pittsburq Universitetinin alimlərinə məxsusdur.
Məlumata görə, smartfonları olan şəxslərin spirt istehlakını ölçə biləcək sistem meyar olaraq hərəkət zamanı insanların nə qədər yelləndiklərini nəzərə alacaq. Bunun üçün spirtli içki qəbul etmiş şəxsin 10 addım atması kifayətdir və onun vəziyyəti 90% dəqiqliklə müəyyən olunacaq. “Hər yerdə bizimlə olacaq çox güclü sensorlarımız var. Ondan ictimai səhiyyə xidməti üçün necə istifadə edə biləcəyimizi öyrənməyimiz lazımdır”, - tədqiqat qrupunun rəhbəri Brian Suffoletto qeyd edib. Araşdırma 21-43 yaşlarında olan 22 nəfərin iştirakı ilə aparılıb. İştirakçılar ABŞ və Böyük Britaniyada sürücülük üçün müəyyən edilmiş spirtli içki limiti 100ml qanda 80 mq spirtə çatana qədər hər saat “araq-limon” içib və hər 2 saatdan bir düz xətt üzrə 10 addım atıb, geri qayıdıblar. Nəticədə hər dəfə sensorlar spirt həddini aşanları, təxminən, 90% dəqiqliklə müəyyənləşdirib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












