Sevil Əliyeva Vaqif Mustafayevin vəzifədən çıxarılmasından danışdı

"Space" telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə haqqın.az saytına danışıb. Qeyd edib ki, son zamanlar "Space" TV-nin fəaliyyəti onu da narahat edib. Və V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib:
"Həqiqət budur ki, "Space"in fəaliyyəti, verdiyi məzmun son vaxtlar ciddi narahatlığa səbəb olub. Mən əsasən xaricdə yaşayıram və yalnız Bakıya səfərlərim zamanı kanalın verilişlərini izləmişəm. Ancaq etiraf etməliyəm ki, medianın səhifələrində bəzən çıxan çoxsaylı şikayətlər, sərt tənqidlər tamamilə haqlıdır. Son illərdə kanalın və verilişlərinin səviyyəsi həddən artıq aşağı səviyyədədir. Qeyri-peşəkarlıq və keyfiyyətsizlikdən qəzəblənən izləyicilərin fikirlərini tamamilə bölüşürəm".
S. Əliyeva bildirib ki, kanalı quran zaman belə olacağını gözləməyib: "Bütün bunlar Vaqif Mustafayevin "Space"in rəhbəri vəzifəsindən istefaya göndərilməsinə səbəb oldu. Digər tərəfdən, televiziya kanallarının rəhbərlərinin özlərini prezident adlandırması məni bir qədər narahat edir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. "Prezident" sözünü dəyərdən sala bilməzsiniz".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












