Şiddətli yağışlar Çinin Siçuan vilayətinə 100 milyon dollardan çox ziyan vurub

Bir neçə gündür davam edən şiddətli yağışlar Çinin cənub-qərbindəki Siçuan vilayətinə 738 milyon yuan (təxminən 105 milyon ABŞ dolları) ziyan vurub. Leysanın törətdiyi fəsadlar, o cümlədən sel, daşqın, torpaq sürüşməsi və palçıq axını onlarla evi, inzibati binanı, digər infrastruktur tikililərini dağıdıb, əkin sahələrinə, istehsal və mədənçilik təsərrüfatlarına ciddi ziyan vurub. Fəsadlar nəticəsində 14 nəfər ölüb, 8 nəfər itkin düşüb, 6 minə yaxın sakin təxliyə edilib.
Qeyd edək ki, mayın son günlərindən başlayaraq Çində mövsüm yağışları ciddi fəsadlar törədib. Bir neçə çayda və su anbarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Ölkə rəhbərliyi təbii fəlakət baş verən yerlərdə ilk növbədə əhalinin qorunması və xilası ilə bağlı tapşırıq verib. (AZƏRTAC)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











