“Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır”

Bildiyiniz kimi, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Xalqımız müstəqilliyimizin, suverenliyimizin qarantı olan Azərbaycan Ordusunun 102-ci ildönümünü qeyd etməyə hazırlaşır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev deyib.
O bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 16 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunub: “Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, yeni hərbi şəhərçiklərin istifadəyə verilməsi, hərbi qulluqçularımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük nailiyyətlər əldə olunub”.
M.Əliyev söyləyib ki, bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi idarəetmənin təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitinin yüksəldilməsi kimi tapşırıqlar durur: “Azərbaycan ordusu ən müasir texnika və silahlarla təmin olunub. Paralel olaraq ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Beynəlxalq sərgilərdə ölkəmizin hərbi məhsullarına böyük marağın olması bunu deməyə əsas verir. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində bir neçə hərbi istehsal müəssisələri yaradılıb. Bu müəssisələrdə ordumuzun təchizatı üçün hərbi təyinatlı müxtəlif məhsullar istehsal edilir. Bundan əlavə ən müasir texnika və silahlar alınıb. Əldə olunmuş müasir zirehli texnikalar, hava hücumundan müdafiə sistemləri, təyyarələr, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli və yaylım atəşli raket sistemləri bizim hərbi gücümüzü artırır”.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır: “ 2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri Ordumuzun real qüdrətinin mühüm nümayişi olubdur. Bunlarla yanaşı, möhtəşəm hərbi paradlar və təlimlər də Azərbaycan Silahlı Qüvvələrinin potensialını, gücünü əyani surətdə göstərir.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğu, silahlı qüvvələrimizin qüdrəti bütün dünyaya aşkar şəkildə nümayiş etdirildi. Bir sözlə ifadə etsək Silahlı Qüvvələrimiz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarındadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır”. (Trend)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










