Şirvanda itkin düşən 80 yaşlı kişi tapılıb

Şirvanda itkin düşən 80 yaşlı kişi tapılıb. Təxminən, saat 23 radələrində 1940-cı il təvəllüdlü Nağıyev Rəhbər Şəkəralı oğlu İmişli rayonunda tapıldığı məlum olub.
Belə ki, İmişli sakini tərəfindən mediada yayılan məlumat onun tapılmasına yardımçı olub.
Rayon sakini Şirvan Polis Şöbəsinin növbətçi hissəsinin telefonuna zəng edərək onu öz evinə apardığını və yaxınlarına bu barədə məlumat vermələrini xahiş edib.
İtkin düşən R.Nağıyevin qohumları media qrumuna öz təşəkkürlərini bildirib.
Yaxınlarının bildirdiyinə görə, ahıl kişinin itkin düşməsinə səbəb onun yaddaş pozğunluğu olub.
Qeyd edək ki, avqustun 18-də axşam saatlarında Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11, mənzil 34-də yaşayan R.Nağıyevin evdən çıxaraq bir daha geri qayıtmaması haqqında məlumat verilmişdi. (APA)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











