SOCAR yanacağa olan tələbat məsələsini belə həll etdi
Gündəm
4 İyun 2015 01:41
Oxunub 1293
Rövnəq Abdullayev bu barədə açıqlama verdi
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft məhsullarını daxili tələbata yönəltmək üçün onların ixracını cüzi miqdarda azaldıb. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, Dövlət Neft Şirkəti daxili tələbatı təmin etmək üçün belə bir addım atıb: “Neft məhsullarının ixracını dayandırmırıq, sadəcə olaraq, xarici bazarlara tədarük həcmini cüzi miqdarda azaldırıq. Avropa Oyunları zamanı yanacağa tələbat kifayət qədər yüksək olacaq. Artan tələbatı ödəmək üçün ixrac həcmlərini azaltdıq”.
ŞƏRH YAZ