Bəhram Bağırzadə günbəgün yaxşılaşmağa doğru gedir - Xanımından açıqlama

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti stabildir, günbəgün yaxşılaşma gedir. Bu barədə Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə bildirib. Ş.Bağırzadə qeyd edib ki, həyat yoldaşı hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir: “Reanimasiya şəraitində müalicəsi davam etdirilir, həkimlər əllərindən gələni əsirgəmirlər”.
O, B.Bağırzadənin yenidən koronavirus testi edilmədiyini deyib: “Hələlik həkimlər bütün diqqəti onun vəziyyətdən tam çıxmasına yönəldiblər. Nə vaxt yenidən test ediləcəyi həkimlərin qərarından asılıdır”.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələnmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.
EKMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq, B.Bağırzadə 17 gün sonra EKMO cihazından ayırılaraq süni tənəffüs aparatına qoşulub. (Modern.az)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












