Banner

Sosial məsafə azalarsa, COVID-19 riski nə qədər artar - ARAŞDIRMA

Gündəm 28 İyun 2020 14:58 Oxunub 1108
Sosial məsafə azalarsa, COVID-19 riski nə qədər artar - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Koronavirus pandemiyasının tüğyan etdiyi bir dönəmdə ən çox diqqəti çəkən məqamlardan biri də sosial məsafədir. Ölkəmizdə sosial məsafə Ümumdünya Səhiyyə Təşkilatının qərarına uyğun olaraq 2 metr müəyyən edilib. Amma sosial məsafə hər ölkədə 2 metr götürülmür.

 

Bəs, sosial məsafə necə müəyyən edilib? Burada əsas nələrə diqqət edilib? Dominant.az bu suallara cavab axtaracaq...

 

İlk olaraq Böyük Britaniyanın Baş Naziri Boris Consonun ölkədəki 4 metrlik sosial məsafənin 4 iyula qədər 1 metrə endiriləcəyi barədə açıqlamasından başlayaq. Böyük Britaniya hökuməti bir müddətdir turizm və əyləncə sektorunun insanları kiçik məkanlara sığdırmaqla bağlı təzyiqi altındadır. Hökumət bundan çıxış yolu axtarır. Amma hökumətə koronavirusla əlaqədar məsləhət verən elm komitəsi buna qarşı çıxır. Komitə üzvlərinin fikrincə, 1 metrlik sosial məsafə virusun ötürülmə riski baxımından iki metrlik sosial məsafədən 2-10 qat daha risklidir.

 

Elm nə deyir?

 

Ən sadə formada yaxınlığınızda bir virus daşıyıcısı varsa, sizin yoluxma riskiniz artır. Ümumdünya Səhiyyə Təşkilatı isə sosial məsafəni ən azı bir metr məsafə olaraq tövsiyə edir. Sosial məsafəni bir metr təyin edən ölkələrin əksər hissəsi insanları maska taxmağı məcbur edir.

 

Digər tərəfdən, ölkələr arasında da sosial məsafə ilə bağlı fərqlər mövcuddur:

 

* İngiltərə 4 iyulda sosial məsafəni 1 metrə endirmək qərarına gəlmişdi, Şotlandiya isə 2 metrlik qaydanı bir müddət davam etdirəcəyini açıqlayıb.

 

* Almaniyada ümumi qayda 1,5 metr olsa da, ölkənin bəzi federal bölgələrində qaydalar dəyişir.

 

* İspaniyada ümumi qayda 1,5 metrdir, lakin bu məsafəni azaltmaq olar ki, Kataloniyada açıq fəaliyyət göstərən obyektlərdə olan zaman hər kəs maska taxsın.

 

* Türkiyədə isə sosial məsafə 1,5 metr təyin olunub.

 

1 metrdə virus riskini azaltmaq üçün nə etmək lazımdır?

 

İngiltərə Elmlər Akademiyasının üzvləri hər binanın öz şərtlərinə uyğun bir qiymətləndirmə aparmalı olduqlarını söyləyirlər.

 

Riskləri azaltmaq üçün görəcəyiniz ilk iş 2 metrdən yaxın məsafədə ünsiyyət vaxtını azaltmaqdır.

 

Maskalar və plastik vizual podlar ağız damlalarından ətrafa şıçrayan yoluxmanın qarşısını ala bilər.

 

İş yerləri növbəli sistemə keçərək, binadakı insanların sayı azaldıla bilər.

 

Oturmaq qaydasını dəyişdirməklə üz-üzə oturanların sayını azaltmaq olar və yan-yana arxa-arxaya oturanların sayı artırıla bilər ki, virusa yoluxma riski daha az olsun.

 

Hava axınının içəriyə daxil olması və içəridə təmiz havanın təmin edilməsi şəklində də tənzimlənmə ola bilər, məkandakı səthlər tez-tez silinə bilər.

 

Məsafə necə təsir edir?

 

"Lancet" tibb jurnalında yayımlanan bir araşdırmaya görə, yoluxma riskini azaltmaq üçün görülən tədbirlər arasında ən təsirli olanı heç kimə 1 metrdən artıq yaxınlaşmamaqdır. 1 metrə qədər olan məsafədə orta yoluxma sürəti 13 faiz, 1 metrdən artıq məsafədə isə 3 faizə düşür. Yoluxma faizləri 2 metrdə 1,5 faiz, 3 metrdə isə 0,75 faizdir.

 

Bu sahədə ilk araşdırma nə vaxt aparılıb?

 

Bu sahədə ilk araşdırma 1930-cu illərə aiddir. Elm adamları öskürək və ya asqırma ilə ağızdan çıxan damlaların havada dərhal buxarlandıqlarını və ya yerə düşdükləri qənaətinə gəliblər. Bu damcıların 1-2 metr aralığındakı əraziyə düşdüyü aydın olub. Buna görə virusa yoluxma riskini artıracaq ən böyük amillərdən biri kiminsə öskürməsi və ya asqırmasıdır.

 

Virus başqa necə ötürülür?

 

Bəzi elm adamları virusun aerozollar adlanan kiçik hissəciklərlə havada daha uzun müddət gəzə biləcəyini düşünürlər və bu da yoluxma riskini artırır. Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Lidiya Bourouiba yüksək sürətli hərəkətləri qeyd edən kameralarının köməyi ilə apardığı araşdırmada öskürəyin kiçik hissəciklərinin 6 metrə qədər məsafədə yayıldığını görüb.

 

Çindəki xəstəxanalarda koronavirus zərrəciklərini aşkar edən başqa bir araşdırmada, təhlükəsiz məsafənin 4 metr olaraq tövsiyə edildiyini bildiriblər.

 

Digər tərəfdən ABŞ-ın Yoluxmaya Nəzarət Mərkəzi bildirib ki, virusun yayılmasına tüstü, duman və sprey kimi aerozolların təsiri hələ aydın deyil.

 

Məsafə tək amil deyil

 

Məsafədən əlavə, sərf olunan vaxt da çox vacibdir. Alimlər qeyd edirlər ki, 1 metr məsafədə kiminləsə 6 saniyəlik danışıq 2 metr məsafədə 1 dəqiqədə danışmağa bərabərdir. Öskürək riski daha da artırır. Kimsə sizin yanınızdan 2 metr məsafədə öskürürsə, bu, 2 metr məsafədə 30 dəqiqəlik danışıq təhlükəsinə bərabərdir.

 

Havalandırmanın əhəmiyyəti

 

İnsanların sıx olduğu yerlərdə yoluxma riski artır. Hava axınının istiqaməti də önəmli rol oynayır. Axının baş verdiyi nöqtədə bir virus varsa, axın bu virusu digər insanlara da keçirə bilər. Kənardan təmiz hava da vacib amildir.

 

Çində doqquz nəfərin koronavirusa tutulduğu bir restoranda kondisionerin xaricdən təmiz hava verməsindənsə, havanı içəridə dolaşdırması baxımından təsirli olduğu düşünülür.

 

Yapon tədqiqatçıları qapalı məkanlarda yoluxma riskinin 19 dəfə daha çox olduğu qənaətinə gəliblər.

 

Niyə bəzi sualların cavabları dəqiq deyil?

 

Koronavirusun ortaya çıxmasından bir neçə ay keçsə də, bu müddət ərzində elm adamları bu barədə bir sıra şeylər öyrəniblər. Ancaq hələ də virusa yoluxan şəxsin nə qədər şəxsi virusu yoluxduracağı və bədəndəki virusun miqdarı nə qədər olduqda insanın yoluxmuş şəxs hesab olunduğu bilinmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh