Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən daha bir şəxs saxlanıldı - FOTO

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayonu Privolnoye kənd sakini Könül Ağayeva saxlanılıb.
O, ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Könül Ağayevanın mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
Könül Ağayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar Cəlilabad Rayon Məhkəməsin göndərilib.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











