Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”

Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və bu hal psixoloji baxımdan bir sıra dəyişikliklərə səbəb olur.
Avtosfer.az xəbər verir ki, müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və bu hal psixoloji baxımdan bir sıra dəyişikliklərə səbəb olur. İnsanlar gün ərzində saatlarla müxtəlif platformalarda vaxt keçirir, məlumat paylaşır, xəbərləri izləyir və digər insanlarla ünsiyyət qururlar. Texnologiyanın sürətli inkişafı ilə sosial media artıq yalnız əyləncə vasitəsi deyil, həm də informasiya, təhsil, biznes və ünsiyyət platformasına çevrilib. Bununla yanaşı, sosial şəbəkələrin insan psixologiyasına həm müsbət, həm də mənfi təsirləri geniş müzakirə olunur.
Mövzu ilə bağlı psixoloq Orxan Şəfizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrin ən əsas təsirlərindən biri insanların özlərini başqaları ilə davamlı müqayisə etməsidir:

“İnsanlar sosial mediada yalnız həyatlarının ən uğurlu və xoşbəxt anlarını paylaşır, bu isə reallığın tam mənzərəsini əks etdirmir və bir çox hallarda narazılıq hissi yaradır.
Bu müqayisələr zamanla özgüvənin azalmasına, daxili gərginliyə və emosional boşluğa gətirib çıxara bilər. Sosial şəbəkələrin digər mühüm təsiri diqqət dağınıqlığıdır. Qısa videolar və sürətli informasiya axını insan beyninin uzunmüddətli fokuslanma qabiliyyətini zəiflədir. İnsanların sosial mediadan asılılığının əsas səbəblərindən biri beynin “mükafat sistemi” ilə bağlıdır. Hər yeni bildiriş və bəyənmə insanda qısa müddətli həzz hissi yaradır və bu, insanı təkrar-təkrar platformalara qayıtmağa sövq edir".
Psixoloq əlavə edib ki, sosial şəbəkələr bəzən insanlarda tənhalıq hissini daha da gücləndirir:
"İnsan yüzlərlə izləyiciyə sahib ola bilər, amma dərdini paylaşacaq bir nəfər tapmaya bilər. Virtual münasibətlər hər zaman real emosional yaxınlıq demək deyil,” – deyə o bildirib.
Sosial şəbəkələrdən tam uzaqlaşmaq mümkün olmasa da, onlardan şüurlu və balanslı istifadə etmək psixoloji sağlamlıq üçün vacibdir".
Fatimə Dadaşova
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












