Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır - Hikmət Hacıyev

Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib. "Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib. Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür".
O qeyd edib ki, Azərbaycan məhsulları artıq Ermənistana ixrac olunur, eyni zamanda Ermənistanın da məhsulları Azərbaycana daxil olmağa başlayıb:
"Bu, qarşılıqlı etimadın formalaşması baxımından mühüm addımdır. Ümumilikdə, ölkələrimiz arasında etibarlı və dayanıqlı münasibətlər qurulmalıdır".
H.Hacıyev vurğulayıb ki, hazırda ətraf bölgələrdə müxtəlif münaqişələr davam edir.
"ABŞ–İran gərginliyi, eləcə də Rusiya–Ukrayna müharibəsi regionda təhlükəsizlik mühitinə təsir göstərir. Bu səbəbdən biz də təhlükəsizliyin təmin olunması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu prosesdə Türkiyə və Gürcüstanla əməkdaşlıq mühüm rol oynayır", - o deyib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












